Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Koronavirusla bağlı 15 il əvvəl xəbərdarlıq edən “Kehanetler” kitabında nələr yazılıb? – VİDEO

Koronavirusla bağlı 15 il əvvəl xəbərdarlıq edən “Kehanetler” kitabında nələr yazılıb? – VİDEO

“10 il içərisində…”

Amerika yazarı Silvia Brovnenin 2005-ci ildə qələmə aldığı “Kehanetler” kitabında koronavirusa bənzər xəstəliklə bağlı məlumatlar bir andaca hər kəsi şoka salıb. 

Bəs kitabda nələr yazılıb?

15 il əvvəl qələmə alınan kitabda “2020-ci illərdə ağ ciyərlərə və bronxlara ciddi şəkildə ziyan vuran və müalicəsi zalımcasına dirəniş göstərən bir xəstəliyin ortaya çıxacağı və sürətlə bütün dünyada yayılacağı qeyd olunur. 

Beləliklə, 2005-2100-cü illər arasında dünyada baş verə biləcək olaylar barəsində yazılan kitabın 210-cu səhifəsindəki məlumatlar “Covid-19” bəlasına çox bənzəyir. 

Həmin səhifədə qeyd edilib: “2020-ci illərdə ağciyərləri və bronxlara ciddi şəkildə ziyan vuran və müalicəsi zalımcasına dirəniş göstərən bir xəstəliyin ortaya çıxması səbəbindən əməliyyat maskaları və əlcəklərlə gəzən çoxlu sayda insan görəcəksiniz. Xəstəlik haqqında beyinləri qarışdıran əsas məsələ isə bir qış boyunca böyük təşviş yaratdıqdan sonra 10 il içərisində həm səbəbləri, həm də müalicəsi gizli qalaraq, tamamilə ortadan yoxa çıxması olacaq”. 

Kitabda həmçinin virusun Çinin Uhan şəhərindən başlayaraq bütün dünyaya yayılacağı haqda detallar da diqqət çəkib. 

Türkiyə vətəndaşının bu kitabda koronavirusla bağlı yazılanları video şəklində paylaşıb, yayması böyük diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri amerikalı yazarın bu virus haqqında yazdığı proqnozların üs-üstə düşdüyünü qeyd edib. 

Qeyd edək ki, 77 yaşında dünyasını dəyişən Silvia Brovnenin “1990-2009-cu illər arasında digər dünyadakı yaşayış”, “Bir kahinin macəraları”, “Qiyamət günü kehanetləri”, “Dünyanın sirləri” kimi gələcəklə bağlı kitabları var. Musavat.com 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …