Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / Koronavirusdan ölən Etibar Babayevin ailəsi KARANTİNƏ ALINDI

Koronavirusdan ölən Etibar Babayevin ailəsi KARANTİNƏ ALINDI

Bu gecə koronavirusdan vəfat edən “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayevin ailəsi karantinə alınıb.

News24.az-ın əldə etdiyi məlumata görə, E.Babayevin bu yaxınlarda qayınanası rəhmətə gedib. Etibar Babayevin ailəsi də məhz təşkil olunan yas mərasimində koronavirusa yoluxub. 

Ailə üzvləri ilə birgə koronavirusdan evdə müalicə olunan E.Babayev şəkərli diabet xəstəsi olduğu üçün vəziyyəti ağırlaşıb və ötən şənbə günü xəstəxanaya yerləşdirilib.

E.Babayev xəstəxanada dünyasını dəyişib. 

Allah rəhmət eləsin! 

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT