Cümə , Sentyabr 25 2020
Ana səhifə / Aktual / Koronavirusa yoluxan tanınmış həkim sağaldı

Koronavirusa yoluxan tanınmış həkim sağaldı

Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev sağalıb.

“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, COVİD-19 virusuna yoluxmuş həkim Cavid Paşayev sağalıb: “O, xəstəliyi çox ağır keçirmişdi. Artıq sağalıb və bu gün evə buraxılacaq. Koronavirus xəstələrinin müalicəsinə göstərdiyi dəstəyə görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərimi bildirirəm”.

Qeyd edək ki, Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülmüşdü.

Həmçinin oxuyun

Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerində nöqsan aşkarlanıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən …