Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Aktual / Koronavirusa yoluxan həkim işə çıxdı, kabinetində saxlanıldı

Koronavirusa yoluxan həkim işə çıxdı, kabinetində saxlanıldı

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə,  Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Köbər kənd sakini, Bərdə Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərən Hafiz Əliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub. 

H. Əliyev xəstəxanadakı xidməti iş otağında müəyyən edilərək fəaliyyəti dayandırılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Həmçinin oxuyun

Bu cərimələrin məbləği iki dəfə artırılır

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cəirmələr iki dəfə artırılır.Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Dəyişikliklə …