Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Koronavirusa görə 1 trilyon ayrılacaq – Beynəlxalq Valyuta Fonddan açıqlama

Koronavirusa görə 1 trilyon ayrılacaq – Beynəlxalq Valyuta Fonddan açıqlama

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirusun (Covid 19) humanitar və iqtisadi təsiri ilə mübarizə aparan dünya ölkələrinə yardım məqsədilə 1 trilyon ABŞ dolları məbləğində kredit paketini aktivləşdirə bilər. 

“İlk addım olaraq IMF təcili ödəmələrə ehtiyacı olan ölkələrə yardım edə bilər. Hazırda IMF-in 40 layihə çərçivəsində təxminən 200 milyard ABŞ dolları məbləğində birləşdirilmiş öhdəlikləri var”, – IMF-in direktoru Kristalina Georgiyeva bildirib. 

O qeyd edib ki, kreditləşmə, ilk növbədə, qurumun üzvlərinə və xüsusən inkişaf etməkdə olan dövlətlərə yardım etmək üçün istifadə edilə bilər. 

“Kredit paketi ən kasıb ölkələrin səhiyyə xərclərinə, onların borc yükünü məhdudlaşdırma və yüngülləşdirməklə həyati qaynaqlara çatmasını asanlaşdıra bilər”, – K.Georgiyeva əlavə edib/Report. 

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …