Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Koronavirus paytaxt restoranlarını da “vurdu” -Stəkanda içki içmirlər, müştərilər azalıb

Koronavirus paytaxt restoranlarını da “vurdu” -Stəkanda içki içmirlər, müştərilər azalıb

Dünyanın bir çox ölkəsində yayılan koronavirus infeksiyası kafe-restoranların işinə də öz təsirini göstərib. Belə ki, kütləvi yerləri bu virusa yoluxmaq üçün təhlükəli hesab edən insanlar restoranlara getməkdən ehtiyat edirlər.

Azərbaycanda 3 nəfərin koronavirusa yoluxması xəbərindən sonra bir çox valideynlər uşaqlarını məktəb və bağçalara getməyə qoymurlar. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, koronavirus Bakıda kafe və restoranların işinə də mənfi təsir göstərib, bu yerlərdə müştərilərin sayı azalıb.

Aznforum.az xəbər verir ki, Modern.az paytaxtdakı bir neçə restoranla əlaqə saxlayaraq, koronavirusun onlara təsiri barədə məlumat öyrənib.

“Büyükfırat” restoranından Modern.az-a verilən məlumata əsasən, müştərilərin artıb-azalmasında heç bir dəyişiklik yoxdur:

“Sadəcə içkilərdə problem olur, müştərilər içkilərin ağzı bağlı verilməsini istəyirlər, stəkanlarda içmirlər”.

“Boranı” restoranından isə mövzu ilə bağlı danışmaq istəməyiblər.

“Qədim Qəbələ” restoranından isə koronavirusun müştərilərin sayına təsir etdiyi bildirilib:

“Belə bir virusun yayılmasından sonra müştərilərin sayında azalmalar müşahidə olunur. Restoranların yaxşı fəaliyyət göstərməsi cəmiyyətimizin ruh halından və imkanlarından asılıdır.

Virusun yayılmasından sonra  müəyyən faiz kütlə, səhhətini, sağlığını daha çox sevən insanlar yeməklərin hazırlanması və təmizlik haqqında suallar verirlər.  

Normalda daimi müştərilərimiz məhsullarımızın keyfiyyətindən çox məmnundurlar, müəyyən az faiz kütlə istifadə olunan ərzaq haqqında maraqlanırlar.

Bu virus yayıldıqdan sonra əksəriyyət insanlarınən çox maraqlandıqları dəniz məhsullarının keyfiyyətidir”.

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …