Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Koronavirus daha bir ölkəyə ayaq açdı

Koronavirus daha bir ölkəyə ayaq açdı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk dəfə koronavirusun yeni növünə yoluxma halı qeydə alınıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə BƏƏ-nin Səhiyyə Nazirliyi məlumat yayıb.

“BƏƏ-də koronavirusa ilk yoluxma halı baş verib. Hazırda xəstənin vəziyyəti stabildir, həkim nəzarəti altındadır”, – deyə nazirlikdən bildirilib.

Qurumdan virusa kimin harada və necə yoluxduğuna dair məlumat verilməyib.

Qeyd edək ki, son məlumatlara görə, Çində dekabrın sonlarında yayılan koronavirusa təxminən 6 min insan yoluxub, onlardan 132-si dünyasını dəyişib.

Bundan əlavə, Tailand, Avstraliya, Sinqapur, Yaponiya, ABŞ, Fransa və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə virusa yoluxma halları qeydə alınıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …