Cümə , Aprel 19 2024
Ana səhifə / “Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı:”Səviyyəni düz 90-cı dəqiqəyədək saxlamalıyıq”

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı:”Səviyyəni düz 90-cı dəqiqəyədək saxlamalıyıq”

“Qarabağ”la qarşıdakı matçda “Senderyuske” ilə görüşdə sərgilədiyimiz oyun səviyyəsini 1-ci dəqiqədən düz 90-cı dəqiqəyədək saxlamalıyıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Kopenhagen”in baş məşqçisi Stal Solbakken Danimarka superliqasında “Senderyuske”yə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib.

“Əgər belə olarsa, növbəti mərhələyə adlaya bilərik” – deyə, o, vurğulayıb.

Xatırladaq ki, “Kopenhagen” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın