Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Könül Xasıyevanın oğlunun səhhəti pisləşdi

Könül Xasıyevanın oğlunun səhhəti pisləşdi

Xalq artisti Könül Xasıyevanın oğlu Kazımın səhhətində problemlər yaranıb. “Qafqazinfo” xəbər verir ki, xalq artisti bu barədə “Show time” verilişinə açıqlamasında deyib.

O bildirib ki, oğlunun səhhətində yaranan nasazlığa görə efirə qatıla bilməyib:

“Çox təəssüf edirəm ki, Kazımın və öz səhhətimlə əlaqəli canlı efirə gələ bilmədim. Salamatçılıq olsun. Mənim bir övladım var. O da xəstəlikdən əziyyət çəkir. Ona da qrip olmaq olmaz. Amma indi ölkədə yayılan qrip virusu oğlumu da tutub. Yəqin ki, Kazıma da məktəbdə uşaqlardan keçib. Qrip mənə də keçib. O üzdən ikimizdə yataq rejimində müalicə götürmüşük”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …