Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə COVID pasportu tətbiq olunacaq – RƏSMİ

Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə COVID pasportu tətbiq olunacaq – RƏSMİ

“Azərbaycanda koronavirus (COVID) pasportu tətbiq olunacaq”. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, iki doza vurulanlara vaksin sertifikatı veriləcək:  “Digər sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. İlkin olaraq bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər”. “Gələcəkdə bu yanaşmanın toylara tətbiqi planlaşdırılır. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq”, – deyə o əlavə edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …