Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Komitə sədrlərinin də adı məlum oldu – Siyahı

Komitə sədrlərinin də adı məlum oldu – Siyahı

Milli Məclisin komitələrinə sədrlik edəcək şəxslərin kimliyi məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxuyub və məsələ səsə qoyularaq qəbul edilib.

Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin,

Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin,

Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin,

Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin,

Tahir Rzayev Aqrar siyasət komitəsinin,

Musa Quliyev Əmək və sosial siyasət komitəsinin,

Siyavuş Novruzov Regional məsələlər komitəsinin,

Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin,

Qənirə Paşayeva Mədəniyyət komitəsinin,

Zahid Oruc İnsan hüquqları komitəsinin,

Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin,

Əhliman Əmiraslanov Səhiyyə komitəsinin,

Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin,

Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin,

Adil Əliyev Gənclər və idman komitəsinin sədri təsdiq edilib.

Bununla da altıncı çağırış Milli Məclisin birinci iclası başa çatıb.

Qeyd edək ki, parlamentin növbəti iclası martın 17-də keçiriləcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …