Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Komitə sədri Əlibəy Hüseynzadənin 100 yaşlı qızına medal verdi – Evində ziyarət + FOTO

Komitə sədri Əlibəy Hüseynzadənin 100 yaşlı qızına medal verdi – Evində ziyarət + FOTO

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanla İstanbuldakı evində görüşüb.

Azinforum.az “Report”a istinadla xəbər verir ki, komitə sədri 101 yaşlı Feyzavər Alpsarın səhhəti ilə maraqlanıb, onunla söhbət edib.

F.Muradov Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən “Xalq Cümhuriyyətinin 100 illik medalı”nı Feyzavər Alpsara təqdim edib. Komitə sədri Əlibəy Hüseynzadənin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını deyib.

Həmçinin oxuyun

Nazirdən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı – Açıqlama

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin …