Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Kolumbiya parlamentindən Qarabağ qətnaməsi – Qeyd-şərtsiz azad edilsin

Kolumbiya parlamentindən Qarabağ qətnaməsi – Qeyd-şərtsiz azad edilsin

Kolumbiya Parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edib. 

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Kolumbiya Parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycanın Boqotadakı Səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.

Qətnamədə Kolumbiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ və digər 7 rayonunun işğalı, habelə Azərbaycan əhalisinin etnik təmizlənməsinə məruz qalmasından Kolumbiya tərəfinin narahatlığı qeyd edilərək Ermənistanın bu aqressiyası pislənir və dünya ictimaiyyətini bu hadisələrin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsinə çağırır.

Həmçinin, Azərbaycan torpaqlarının indiyədək işğal altında qalması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfü vurğulanır və bu münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri, həmçinin  münaqişə üzrə qəbul olunmuş beynəlxalq hüquqi sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır.

Eyni zamanda, qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərinin dərhal öz doğma torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edilir.

Sonda sözügedən sənəddə  Kolumbiya Senatının xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökuməti və xalqı tərəfindən ölkəsinin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyir və fürsətdən istifadə edərək Azərbaycanın Kolumbiyadakı Səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayır.

 

Həmçinin oxuyun

Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

Vətən müharibəsinin qazisi Ağayev Kamran Şakir oğlunun həyat yoldaşı 3-cü qrup gözdən əlildir. Reportyor.info xəbər …