Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq – Şərtlər

Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq – Şərtlər

Kollec məzunları ixtisas uyğunluğu gözlənilməklə qəbul imtahanlarında iştirak etmədən ali məktəblərə qəbul ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev mətbuat konfransında deyib. O bildirib ki, qanun 2019-2020-ci tədris ili üçün nəzərdə tutulur:

“Kollec məzunlarına minimum keçid balı veriləcək. Minimum keçid balı 200-250 bal arası dəyişir.
Kollec məzunu təhsil müəssisəsindən arayış götürəcək.  Akademik naliyyətləri həmin sənəddə öz əksini tapacaq. Ümumi orta göstəricisinə əsasən qəbul aparılacaq”.

Y. Piriyevin sözlərinə görə, tibb təhsili üzrə kollec məzunlarının imtahansız ali məktəblərə qəbulu bir qədər fərqlidir:

“Belə ki, tibb təhsilini davam etdirmək istəyən subbakalavr təhsilli məzun imtahansız müalicə işi və bu kimi ixtisaslara qəbul ala bilməz. Bunun üçün o, imtahan verməlidir. Ancaq həmin məzun biologiya, kimya və bu kimi ixtisaslarda imtahanda iştirak etmədən müsabiqədə iştirak edə bilər”.

Nazirliyin şöbə müdiri Emin Əmrullayev qeyd edib ki, hər bir kolleci bitirən şəxs üçün əvvəl bir yol var idi:

“Pedaqoji kolleci bitirən şəxs, sırf pedeqoji sahədə təhsilini davam edə bilər. Kollec məzunu 600 ballıq bir ixtisasa getmək istəyirsə, gedə bilməz. O imtahanda iştirak etmədən sadəcə 200-250 ballıq minimal bala sahib olur. Kollec məzunlarının digər abituriyentlərdən üstün tərəfi minimal bala sahib olmalarıdır. Ali məktəblərə qəbul planında 6,4% artım nəzərdə tutulub”.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …