Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Koçaryanın geriyə yolu yoxdur” – Paşinyan

“Koçaryanın geriyə yolu yoxdur” – Paşinyan

“Eks-prezident Robert Koçaryanın Ermənistan siyasətində geriyə yolu yoxdur”.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, Koçaryanın siyasətə qayıdacağı ilə bağlı sözlərini belə şərh edib:

“Yəqin xatırlayırsınız, mən Serj Sarkisyanla görüşümdə dedim ki, o, vəziyyəti düzgün qiymətləndirmir. Növbəti baş nazir seçkilərində də Ermənistanın Respublikaçılar Partiyası Robert Koçaryanın xeyrinə səs verməyəcək. İnanmıram ki, RP və onun rəhbərliyi belə bir inamsız addım atsın. Heç bir təşəbbüsə ehtiyac yoxdur. Sadəcə insanlarla söhbət edib vəziyyəti real qiymətləndirmək lazımdır”.

Xatırladaq ki, Robert Koçaryan Ermənistandakı siyasi vəziyyətin onu yenidən hakimiyyətə qayıtmağa sövq etdiyini bildirmişdi.

 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …