Ana səhifə / Aktual / Klinton yeni kitabının təqdimatında prezident Trampı tənqid edib

Klinton yeni kitabının təqdimatında prezident Trampı tənqid edib

Öz yeni kitabını təqdim edən ABŞ Demokratik Partiyanın sabiq prezidentliyə namizədi Hillari Klinton prezident Donald Trampı tənqid etməyə davam edir.
Bazar ertəsi Vaşinqtonda auditoriya qarşısında çıxış edən sabiq dövlət katibi Tramp və onun komandasının fəaliyyətinin ictimai maraqlar üzərində qurulmadığını bildirib.
“Bu prezident və ona alternativ reallıqda xidmət edən insanlar ölkənin gələcəyini aşkar təhlükə altına qoyurlar.”
Klinton həm də bildirib ki, Trampın komandasının ictimaiyyətin öz gözü ilə gördüyü faktların və həqiqətlərin özlərinə uyğun versiyasını təqdim etməkləri onu narahat edir.
Klintonun yeni nəşr olunan \”What Happened\” (Nə baş verib) kitabı bestsellerlər siyahısındadır (\”Amerikanın səsi\”).

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın