Ana səhifə / Aktual / “KİV hər zaman prezidentin yanında olub və bu gün də yanındadır”

“KİV hər zaman prezidentin yanında olub və bu gün də yanındadır”

Cahangir Məmmədli: “Bu gün medianın ictimai nəzarət funksiyasını yerinə yetriməsi üçün daha əlverişlıi şərait yaranıb, çünki…”

“KİVDF-nin mövcudluğu dövlətimizin mediaya olan qayğısına bariz nümunədir”

Prezident İlham Əliyev bu gün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bir daha ictimai nəzarətin önəmini xatırladıb, bu məsələnin vacibliyinə dqiqət çəkib.

Maraqlıdır, media ictimai nəzarət funksiyasını lazımınca həyata keçirə bilirmi? KİV-in bu məsələyə daha çox diqqət yetirməsinə ehtiyac varmı?

Moderator.az-a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli medianın bu məsələdəki önəmini şərh edib:

“KİV hər zaman problemlərin həllində, müxtəlif layihələrin həyata keçirilməsində dövlətin yanında olmalıdır. Sovet dönəmində, 70-cı illərdə, Heydər Əliyevin I katib olduğu vaxtlarda hər dəfə  mətbuatda yer alan tənqidi felyetonlarla bağlı Mərkəzi Komitədə ayrıca büro çağırırdı və həmin yazı müzakirə olunurdu. Göyçay rayonundakı zavoddakı yeyintidən tutmuş, Kür çayında qanunsuz balıq tutmağa qədər bir sıra məsələlərlə bağlı mediada yer alan yazılarla bağlı bu cür bürolar çağırılmışdı.

90-cı və 2000-ci illərin əvvəllərində də media ictimai nəzarət funksiyasını yüksək səviyyədə həyata keçirdi. Sonra bu funksiya bir qədər zəiflədi. Lakin yaxşı və ya pis yerinə yetirməsindən asılı olmayaraq, KİV hər zaman ictimai nəzarət funksiyasını yerinə yetirib. Bu gün bu nəzarət daha da güclənib. Çünki prezident əksər çıxışlarında ictimai nəzarət məsələsində KİV-in roluna diqqət çəkir, jurnalistlərin vəzifələrini xatırladır.

KİV hər zaman prezidentin yanındadır. Biz ölkə başçısınmıən mediaya verdiyi önəmi unutmamalı, bu yüksək qiyməti nəzərə almalı və bir az da ictiami nəzarət funksiyamızı gücləndirməliyik.

Dövlət qurumları mediada yer alan tənqidi materiallara xüsusi diqqət yetirməlidir. Mətbuat hansı problemləri qaldırırsa, hansı məsələdə boşluq varsa, müvafiq qurumlar bu problemlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atmalıdır.

Bu gün ölkəmizdə KİVDF kimi bir qurum fəaliyyət göstərir. Hansı ki, bu qurum dövlətin mediaya göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Belə olan halda bizim də öz üzərimizə düşən işin öhdəsindən gəlmək üçün daha çox səy göstərməyimiz vacibdir. Media dördüncü hakimiyyət kimi nəzarət mexanizmini lazımi səviyyədə həyata keçirməlidir. Bu, dövlətimizin inkişafı və tərəqqisi baxımından da olduqca əhəmiyyətlidir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …