Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Kişilər qadınlardan daha üstündür” – Röya + Video

“Kişilər qadınlardan daha üstündür” – Röya + Video

Əməkdar artist Röya Ayxan Murad Arifin “Popumuz var” yutub layihəsinə qonaq olarkən maraqlı açıqlamalar verib.  “Qafqazinfo” xəbər verir ki, müğənni proqramda Moskvadakı konsertində 30 min dollar ziyana düşdüyünü qeyd edib.

O, təşkilatçı Samirə Zeynalova tərəfindən dələduzluğa məruz qaldığını bildirib: “Mənim bir milyon manatım yoxdur. Ümumiyyətlə, mənə pul yığmaq düşmür. Moskvada konsertimi təşkil edən Samirə mənim pulumu yedi. Sənə sadəcə onu deyə bilərəm ki, yeni ildə 1000 dollar borc aldım ki, evə bazarlıq edim. Dedim ki, mənim zəhmətimi yemək haramdır, amma o da qadındır. 30 min dollar zərər etdim. Özü də o pulla işçilərimi yeni il üçün Moskvaya gəzməyə aparacaqdım”.

Əməkdar artist həmçinin, illər öncəki çətinliklərindən bəhs edərək məşhur olmamışdan öncə Natavan Həbibinin evində bir il qaldığını, hətta onun anasının yeməklərini yediyini etiraf edib. O, münasibətləri soyuq olan həmkarına barışıq əlini uzadıb.

Röya proqramda qadın azadlığı barədə müzakirələrə səbəb olacaq açıqlama verib: “Özünü ağıllı sayan kişini qadın belə edir. Rayonda qadınlar var ki, uşaqlar böyüdüb, vəzifədə əyləşirlər.  Kişiylə qadın bərabər deyil, kişilər üstündür. Amma 9-ci sinifdə şalvar geyindiyim üçün döyülmüşəm. Qadın kimi problemlər yaşamışam. Qadın çox da azad olmasa yaxşıdır”.

Əməkdar artist qeyd edib ki, ulduz qadın seksual olmalıdır: “Həm də ehtiraslı olmalıdır. Ulduzun sinəsi açılmalı, ayağı görünməlidir. Mənim evdə bacım var, köynəyimi verirəm ki, geyinsin, amma istəmir. Deyir ki, açıqdır. Qadınlar var ki, mənə deyir anasan, qapalı geyin. Onları öldürmək istəyirəm. Mən oğlumun yanında, onunla yatanda anayam. Evdən çıxandan sonra ulduzam. Mən Ajda Pekkan kimi olacam, səhnəyə “body” ilə çıxacam”.  

Bundan əlavə, Röya həmkarı Elnarə Xəlilova haqda sərt fikirlər səsləndirib. O, mahnısını plagiat adlandıran ifaçıya belə cavab verib: “Onun harasısa ağrıyır, həkimə aparmaq lazımdır. Elnarəni yaxşı bir “UZİ”yə göstərməliyik. Özünü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin”.

 


Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …