Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Kiprli jurnalistlərdən Qurbanova qarşı hörmətsizlik? – Klubdan açıqlama

Kiprli jurnalistlərdən Qurbanova qarşı hörmətsizlik? – Klubdan açıqlama

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah keçiriləcək APOEL – “Qarabağ” matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb. Buna Kiprdən olan jurnalistlərin mətbuat konfransına qatılmaması səbəb olub.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun “Qafqazinfo”ya verdiyi məlumata görə, Kiprdə oyuna maraq gözlənilən səviyyədə deyil. 

“APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransında cəmi 6 jurnalist olub. Həmin konfrans da şəhərin əks istiqamətində, APOEL-in məşq bazasında baş tutub. Buna görə də bir saat sonra keçirilən Qurban Qurbanovun mətbuat konfransında iştirak edə bilməyiblər”, – deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Kiprdən olan jurnalistlərin Qurbanovun mətbuat konfransına qatılmaması sosial şəbəkələrdə hörmətsizlik kimi dəyərləndirilib. Onu da əlavə edək ki, Azərbaycandan Kiprə  jurnalist yollanmayıb. 

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …