Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / “Kimyaterapiya yer üzündə olan bir cəhənnəmdir” – Xərçəng olan xanımlara dəstək oldu

“Kimyaterapiya yer üzündə olan bir cəhənnəmdir” – Xərçəng olan xanımlara dəstək oldu

Azərbaycan Dövlət “Yuğ” Teatrının aktrisası Zümrüd Qasımova xərçəng xəstəliyindən əziyyət çəkən qadınlara dəstək olub.
“Harmony dance studio” rəqs məktəbinin təşəbbüsü ilə təşkil olunan aksiyada xərçəng xəstəliyindən əziyyət çəkən xanımlar bir araya gəliblər. Ağır xəstəliklə mübarizə aparan qadınlar bir-birilərinə həyat tarixçələrini danışıblar.
Xərçəngə qalib gələn aktrisa Zümrüd Qasımova müalicə vaxtı aldığı kimyaterapiyanı “yer üzündə olan cəhənnəm” adlandırıb.
Moderator.az xəbər verir ki, BAKU.WS-ə açıqlama verən aktrisa onu da qeyd edib ki, orada gördüyü xanımlar xəstəliklə mübarizə aparmaqlarına baxmayaraq, həyatda və işlərində uğur əldə etməyi bacarıblar.
Sonda rəqs edərək xoş abu-havaya köklənən xanımlar bu yolla ağrı-acılarını unutmağa çalışıblar.

Həmçinin oxuyun

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində …