Şənbə , Yanvar 19 2019
Ana səhifə / Aktual / “Kimi işdən çıxarırsan, deyir, prezidentə məktub yazacaq” – Kamal Abdulla

“Kimi işdən çıxarırsan, deyir, prezidentə məktub yazacaq” – Kamal Abdulla

“Kimi işdən çıxarırsan deyir ki, ya intihar edəcək, ya da prezidentə məktub yazacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla jurnalistlər üçün təşkil edilən mətbuat konfransında deyib.

O, son günlər ADU-da baş verən məsələlərə aydınlıq gətirib.

“Söhbət iki xanımdan gedir. O məsələlərdən biri məhkəmədə olduğu üçün geniş danışmaq istəmirəm. Elmira Baxşəliyeva deyir ki, haqsız olaraq vəzifəsindən kənarlaşdırılıb. Həmin şəxs başqa vəzifəyə keçirilib. Bu barədə əmr də var. Onun da səbəbi var. Bu xanım neçə illər burada işləyib, ona “gözün üstə qaşın var” deyən olmayıb. Bir ildə üç dəfə laborantları məzuniyyətə göndərib. Bu, iqtisadi və siyasi pozuntudur və birbaşa saxtakarlıqdır. Yaşı da keçib. Ali savadı yoxdur, mənə dedilər ki, masaj kursunu bitirib. O, laborantların sənədinə baxıb. Qol çəkdiyi sənəddə maaşın miqdarını göstərməyib”.

Rektor universitetdə qohumlarının işləməsi ilə bağlı ittihamlara da cavab verib:

“Bu universitetdə cəmi bir qohumum işləyir. O da professor Azad Məmmədovdur. Kafedra müdiridir, məndən əvvəl burada işləyib. İkinci bir yaxınımın burada işlədiyini mənə kimsə deyə bilməz. Nəzərinizə çatdırım ki, ADU-da 17 il işləmişəm. İlk təcrübəmi burada toplamışam və dostlarımın olması normaldır. Gərginliyi aradan qaldırmaq üçün tanıdığım insanlarla işləməli idim”.

K. Abdulla əlavə şöbələrin yaradılması məsələsinə də toxunub:

“Bu ittihamı irəli sürənlər cəmiyyəti çaşdırmaqdan başqa bir iş görmürlər. O şöbədəki ixtisaslar xarici dili mənimsəməyə yaxşı kömək edir. Universitetdə xarici dili bilən və bilməyən tələbələr var. Mən il yarımdır ki, burada işləyirəm. İstəsəm də tələbələrin savadsız olmasına məsul ola bilmərəm. Tələbələrə dərs dediyi üçün onlar məsuliyyət daşıyır. Universitetin baş mühasibini işdən çıxarmışam. Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə açıq dərslərin təşkilində buraxdığı səhvlərə  görə töhmət vermişəm. Bu  ittihamları niyə ona töhmət verəndən sonra qaldırır? Dedikləri böhtandır. Mən istəsəm də tələbəni zay edə bilmərəm. Çünki bir il yarım əvvəl bura təyin olunmuşam. Bir müəllim var ki tələbələri imtahanla təhdid edir. Söhbət Vüsalə Mürsəlovadan gedir. Bunun səs yazısı da var. O müəllim tələbələri mitinqə və iğtişaşa təhrik edir”.

 



VIPedu.BIZ

Həmçinin oxuyun

Naxçıvan DİN 95 illik yubileyini qeyd edir

95 illik yubileyini qeyd edən Naxçıvan polisi yarandığı gündən şərəfli yol keçərək bu gün də …