Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Kim Çen In naziri zenit topu ilə parçaladı – VİDEO

Kim Çen In naziri zenit topu ilə parçaladı – VİDEO

Şimali Koreyanın müdafiə naziri Xen Yon Çxolun dəhşətli üsulla edam edildiyinə dair Cənubi Koreya kəşfiyyatının yaydığı məlumatlar videokadrlarla təsdiqlənib.

Youtube portalında nazirin zenit topu ilə yaxın məsafədən vurularaq necə parça-parça edildiyini əks etdirən bir neçə saniyəlik videokadrlar yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, kadrlarda Xen Yon Çxol qolları bağlanmış və diz üstə çökdürülmüş vəziyyətdədir. Cəmi bir neçə metr məsafədən ona iriçaplı zenit pulemyotundan atəş açılır və nazirin bədəni parça-parça olaraq ətrafa dağılır.

Xatırladaq ki, Xen Yon Çxolun Şimali Koreya diktatoru Kim Çen Inın iştirak etdiyi hərbi toplantıda mürgülədiyinə görə edam edildiyi bildirilirdi. Edamından bir neçə həftə əvvəl nazir Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında iştirak edib.

Lakin Cənub Koreya mənbələri xəbər verir ki, müdafiə nazirinin dəhşətli üsulla edam edilməsinin səbəbi onun mürgüləməsi deyil. Xen Yon Çxol Kim Çen Inın ünvanına tənqidlər səsləndirdiyinə görə edam edilib.

Məlumata görə, nazir özəl söhbətlərinin birində rəhbərin siyasətini tənqid edib. Bu tənqidi fikirlər Cənubi Koreya nəşrlərinin birində yayılıb.

Bildirilir ki, hər şey nazirin aprel ayında Moskvaya səfərindən sonra başlayıb. Xen Yon Çxol Rusiyadan silah alınmasına dair danışıqlar aparıb. Lakin Moskvada ona deyiblər ki, Şimali Koreyanın onsuz da kifayət qədər müasir silahı var və ona yeni silahlar lazım deyil.

Bu cavabdan məyus olan və geri qayıdanda uğursuzluğa görə cəzalanacağından qorxan nazir Kim Çen Inın ünvanına tənqidi fikirlər səsləndirib. Deyib ki, o, Şimali Koreyanın nüvə proqramına həddən artıq diqqət cəlb edir, ona görə də xaricdəkilərə elə gəlir ki, Pxenyan özünü silahla kifayət qədər təmin edib. Həmçinin nazir gənc adamdan yaxşı siyasətçi olmadığını deyib.

Bu fikirlər hansısa formada Cənubi Koreya mənbələrinə sızdırılıb və Kim Çen Inın qulağına çatıb. Həmin vaxt müdafiə naziri Kim Çen Inın kadr siyasətini tənqid etdiyi üçün xüsusi xidmət orqanlarının da nəzarətində idi.

Müdafiə naziri deyib ki, Kim Çen In hərbçilərə daha çox hakimiyyət verməlidir, nəinki Koreya ordusunun baş siyasi idarəsinin rəisi Xvan Pen Soya.

Nazirin bu fikirləri də diktatora çatdırılıb və aprelin 30-da onu dəhşətli üsulla edam ediblər. Əhali arasında belə məlumatlar yayılıb ki, nazir hərbi xunta yaratmaq cəhdinə görə edam edilib.

Qeyd edək ki, Kim Çen In bundan əvvəl də dəfələrlə generalları və digər yüksək vəzifəli şəxsləri gah topun lüləsinə bağlayıb atmaqla, gah itlərə yedirtməklə, gah da zenit raketi ilə darmadağın etməklə edam etdirib.

Bu dəhşətli edam səhnələri adətən yüzlərlə məmurun və hərbçinin gözü qarşısında həyata keçirilir.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın