Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kibariyə azərbaycanlıları aldatmaq istədi

Kibariyə azərbaycanlıları aldatmaq istədi

Bir neçə gün öncə Bakıya gələn türkiyəli müğənni Kibariyənin azərbaycanlı fanatlarını yalan danışdığı ortaya çıxıb.

Bu barədə “Star TV”də yayımlanan “Duymayan kalmasın” proqramının aparıcıları bildirib.

Xəbərdə qeyd olunur ki, sənətçi azərbaycanlılara Şakira ilə duet oxuduğunu və onunla tez-tez görüşdüyünü deyib, lakin fanatları onun yalan söylədiyini iddia edərək sənətçiyə əsəbiləşiblər.

“Bir vaxtlar Şakira ilə Türkiyədə duet oxudum, çox bəyənildi. Onunla tez-tez görüşürük. Şakiranın səsi və xarakteri möhtəşəmdir. Dünən ona zəng etdim. Mənə İstanbula gələcəyini və görüşmək istədiyini dedi”, – deyə Kibariyə fanatlarına söyləyib.

Qeyd edək ki, Azərbaycana müğənni Zenfira İbrahimovanın dəvəti ilə gələn Kibariyə mayın 1-də paytaxt restoranlarından birində onunla konsert verib.

Xatırladaq ki, Kibariyə bir müddət öncə hamilə olduğunu desə də, sonradan bunun yalan olduğu üzə çıxmış, 56 yaşlı müğənni bu hərəkətinə görə tənqid olunmuşdu.(Qafqazinfo)

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın