Ana səhifə / Kibariyə: “Bakıda həyatımı yaşadım, ilk dəfə…” – FOTOLAR

Kibariyə: “Bakıda həyatımı yaşadım, ilk dəfə…” – FOTOLAR

Türkiyənin tanınmış müğənnisi Kibariyə Bakı restoranlarının birində konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, ifaçı konsertdən öncə jurnalistlərin suallarına cavab verib.

O, ilk olaraq Bakı haqda təəssüratlarını bölüşüb: “Azərbaycanda mənə qarşı böyük sevgi və diqqət var. Mənəvi olaraq ruhum doydu. Dəfələrlə Azərbaycanda qonaq olmuşam. Bakı çox dəyişib, çox müasir şəhər olub. Bakının havası məni gözəlləşdirdi. Mənim yüksəklikdə gözüm yoxdur. Ailəm və sevdiyim insanlar sağlam olsun, bu, mənə bəsdir. Mən insanları sevirəm. Hər zaman onlara qarşı xoşniyyətli olmuşam. Bakıda da mənə qarşı olan münasibətdən məmnunam”.

– Bakıya gəliş səbəbiniz müğənni Zemfira İbrahimova ilə birgə konsert vermək və onun doğum günündə iştirak etməkdir…

– Zemfiranın səsi möhtəşəmdir. İndiyə kimi belə səs eşitməmişəm. Çox cana yaxın qızdır. Birlikdə alış-verişə getdik, yemək yedik, salona getdik. Həyatımda ilk dəfə üzümə qulluq etdim. Mən heç vaxt üzümə krem vurmaram. İlk dəfə üzümə Bakıda maska etdirdim. Burada həyatımı yaşadım.

– Azərbaycanda ən çox sevilən mahnınızın hansı olduğunu bilirsiniz?

– “Sil baştan” və “Yastayım” mahnılarımı sevirlər. Məni kim görsə, bu mahnıları oxuyur. Burada sevildiyini görmək mənə stimul verir.

– Həyatda hər şeyi silib, yenidən başladığınız vaxtlar olub?

– Çox insan həyatında nələri isə silib, yenidən başlayır. Mən də onlardanam. Bizi üzən insanları həyatımızdan silməliyik.

– Xumar Qədimova ilə duet ifa etmişdiniz. Bakıda görüşə bildinizmi?

– Görüşə bilmədik, telefonla danışdıq. Dedi ki, konsertə gələ bilməsə, Türkiyədə məni ziyarət edəcək. Onu evimə dəvət etdim. Çox gözəl söhbətimiz oldu.

Müğənni sonda media nümayəndələri üçün “Sizə salam gətirmişəm” mahnısını ifa edib.

 

Həmçinin oxuyun

Gürcüstanın Dövlət Agentliyi azərbaycanlı hamilə qadının ölümü ilə bağlı araşdırma aparacaq

Gürcüstanın Tibbi Fəaliyyətin Tənzimlənməsi Dövlət Agentliyi Qardabani rayonunda 8 aylıq hamilə qadın Samirə Yusubovanın ölüm …

Bir cavab yazın