Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Keçmiş nazirin xalası oğlu narazılıq yaradır… – FOTOLAR

Keçmiş nazirin xalası oğlu narazılıq yaradır… – FOTOLAR

Şəkildə gördüyünüz torpaq sahəsi vaxtilə Sabunçu rayonu Raman qəsəbəsi 2-ci sahə deyilən ərazidə yerləşən Qaz-aparat zavoduna məxsus olub. Rayon sakini Xəlilov Mehman Əli oğlu 1996-cı ildən zavodun gözətçisi, rəsmi işçisi olaraq öz ailə üzvləri ilə birgə bu torpaq sahəsində tikilmiş “finski” evdə yaşayıb.

1996-cı ildə Allahverdi Dəmirov adlı şəxs “Azəriqaz” QSC İstehsalat Kombinatına məxsus 5 hektar ərazini qanunsuz yollarla ələ keçirib. Belə ki, saxta sənədlər əsasında bu ərazi “İstehsalat Təmir Tikinti” ASC-nin balansına verilib. Sonradan isə bu səhmdar cəmiyyətin AKKORD-la birləşdiyi haqda informasiyalar var.

Hazırda A.Dəmirov həmin ərazini özəlləşdirərək satmaq niyyətindədir. Hətta artıq bu ərazinin özəlləşdirilməsi üçün rəsmi şəxslərlə anlaşma əldə edildiyi də bildirilir. O cümlədən torpağa müştəri də tapılıb. Lakin “İstehsalat Təmir Tikinti” ASC-nin üzvü olan Mehman Xəlilov və ailəsinin sözügedən ərazidə yaşaması Allahverdi Dəmirovun öz çirkin niyyətini gerçəkləşdirməsinə imkan vermir. Bunun üçün də o, bütün yollarla M.Xəlilovun ailə üzvlərinə təzyiq göstərərək, onları həmin ərazidən çıxarmağa çalışır…

– Bəs, Allahverdi Dəmirov kimdir və onun bu qanunsuz əməllərinin arxasında hansı məmur dayanır?

– Hazırda “Azəriqaz”ın balansında olan ərazini necə və hansı yollarla özəlləşdirmək istəyirlər?

– “İstehsalat Təmir Tikinti” ASC-nin onlarla səhmdarının xəbəri olmadan bu ərazinin sənədləşməsinə hansı məmur dəstək verir?

– Bu torpaq sahəsinin özəlləşdirilməsi və alqı-satqı işində daha hansı tanınmış şəxslər iştirak edir?

Bu və digər suallara növbəti sayımızdan etibarən cavab tapa biləcəksiniz. Bizi izləyin.

“Hürriyyət”

DİA.AZ xatırladır ki, Allahverdi Dəmirov keçmiş Təhsil Naziri Misir Mərdanovun doğmaca xalası oğludur və zaman-zaman Dəmirovun adı müxtəlif tikinti qalmaqallarında hallanıb.

Keçmiş nazirin xalası oğlu narazılıq yaradır...
Keçmiş nazirin xalası oğlu narazılıq yaradır...
Keçmiş nazirin xalası oğlu narazılıq yaradır...
Keçmiş nazirin xalası oğlu narazılıq yaradır...
Keçmiş nazirin xalası oğlu narazılıq yaradır...
Keçmiş nazirin xalası oğlu narazılıq yaradır...
Keçmiş nazirin xalası oğlu narazılıq yaradır...
Keçmiş nazirin xalası oğlu narazılıq yaradır...

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …