Şənbə , Fevral 23 2019
Ana səhifə / Aktual / Keçmiş məhkum azyaşlı qızı bıçaqla hədələyib, sırğasını aldı- Polis həbs etdi

Keçmiş məhkum azyaşlı qızı bıçaqla hədələyib, sırğasını aldı- Polis həbs etdi

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Stupka polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilib.
Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. 

Həmçinin oxuyun

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək Istəyir: “Bəlkə də bu, sonuncu müraciətimdir” – VİDEO

Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb.Orman.az xəbər verir ki, son 2 ildir Türkiyə …