Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Keçmiş deputat onlara rəsmən borcludur – SİYAHI

Keçmiş deputat onlara rəsmən borcludur – SİYAHI

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində keçmiş deputat Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, keçmiş deputat 178.2.3 (dələduzluq əməli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bildirilir ki, cinayət işi Rafael Cəbrayılovun borclu olduğu şəxslərin Baş prokuror Kamran Əliyevə müraciətindən sonra başlanıb.

Məlumat üçün deyək ki, Rafael Cəbrayılov bir qurp vətəndaşdan külli miqdarda borc pul alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Keçmiş deputatın borclu olduğu şəxslər Zakir Qaralovun Baş prokuror olduğu dönəmdə dəfələrlə ona müraciət etsələr də nəticəsi olmayıb. Kamran Əliyev Baş prokuror təyin edildikdən sonra zəzərçəkənlər ona da müraciət ediblər. Elə ilk müraciətdən sonra məsələ nəzarətə götürülüb. Az sonra isə Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb.

Rafael Cəbrayılov toplam olaraq 1 550 000(1 milyon 550 min) dollar borcu var ki, bu da milli valyuta ilə 2 635 000(2 milyon 635 min) manat eləyir. Keçmiş deputatın borclu olduğu şəxslər aşağıdakılardır:

Məlahət Qurbanova – 580 000 dollar

Təranə Fətəliyeva – 300 000 dollar

Xatirə Nəcəfova – 200 000 dollar

Yusif Orucov – 200 000 dollar

Aynur Kazımova -100 000 dollar

Şəfa Məmmədova – 80 000 dollar

Bəşir Məmmədov – 60 000 dollar

Allahverdi Səfərəliyev – 30 000 dollar

Əldə etdiyimiz məlumatda bildirilir ki, zərərçəkənlər istintaqın gedişindən razıdırlar. Onlar ümid edir ki, yaxın vaxtlarda problemləri həllini tapacaq.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …