Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Keçmiş deputat klinikasını satışa çıxartdı – Vergilər Nazirliyi imkan vermir

Keçmiş deputat klinikasını satışa çıxartdı – Vergilər Nazirliyi imkan vermir

Keçmiş millət vəkili Nazim Bəydəmirli əsassız yoxlamalara görə sahibi olduğu “Loğmed” klinikasını satışa çıxartmalı olub.

Bu barədə Yenicag.az-a danışan Nazim Bəydəmirli ona məxsus olan “Loğmed” klinikasını satışa çıxartmasını məcburi addım kimi dəyərləndirib:

“Loğmed” klinikası bir müddət əvvəl Vergilər Nazirliyi ilə partnyorluq müqaviləsi imzalayıb. Bu müqaviləyə uyğun olaraq, hətta işlərimizin zəif getdiyi vaxtda da borc alıb, vergiləri ödəmişik.

Bu gün Vergilər Nazirliyinin əməkdaşları yenə gəliblər, vergi yoxlanışı aparırlar. Onların bu addımı partnyorların bir-birinə inamsızlığını nümayiş etdirməklə yanaşı, həm də iş adamına psixoloji təsir göstərir.

Düzdür, müəssisənin rəhbəri var, ancaq obyektin sahibi mən olduğuma görə qərar verdim ki, müəssisəni bağlayım. Obyekti tamamilə bağlayıram və satışa çıxarıram”.

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …