Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Kazino Mafiyası”nda kimlər var… – milyonluq gəlirlər, şok adlar

“Kazino Mafiyası”nda kimlər var… – milyonluq gəlirlər, şok adlar

Azərbaycanda kazino fəaliyyəti rəsmi olaraq yasaqdır. Belə ki, mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar verib.

Amma son illər Bakıda qanunsuz kazino biznesi sürətlə çiçəklənməyə başlayıb. Qafqaznews.az bildirir ki,belə obyektlər adətən çay evləri, internet klubları kimi maskalanmaqla fəaliyyət göstərir. Bəzi obyektlər isə ümumiyyətlə adsızdır.

Qafqaznews.az olaraq bu istiqamətdə bir aydan artıq davam edən araşdırmalarımız ilginc məqamlar ortaya çıxarıb. Məlum olub ki, Bakıda fəaliyyət göstərən əksər kazinolar bir neçə şəxsin əlində cəmlənib. Onlar özlərini “toxunulmaz şəxs” statusunda aparır, güc strukturlarında himayədarları olduqlarını bəyan edir, lotu dəstələri saxlayır, hər cür zorakı əməllərdən belə çəkinmirlər. Bunun qarşılığında isə onlara dəyib-toxunan yoxdur.

“Kazino Mafiyası”nda kimlər var

Onu da qeyd edək ki, bu qumarxanaların hər birində ciddi konspirasiya var. Qafqaznews.az –ın məlumatına görə qapılar daim bağlı olur, içəri yalnız üzdən tanıdıqları müştərilər buraxılır. Qumarxana işlədənlər polis təhlükəsi olan kimi kompüterləri elektrik şəbəkəsindən ayırır. Belə olan halda nəyisə sübut etmək çətin olur. Çünki proqram avtomatik itir.

Ara-sıra aparılan vergi və polis reydləri isə əsasən kazino krallarının biznesinə təsüdüfi girişən kiçik oyunçuların sıradan çıxarılması məqsədi daşıyır.

Kazino krallarının öz aralarında da ara-sıra müəyyən maraq savaşları başlasa da, ümumilikdə qarşılıqlı anlaşma şəraitində işləməyə üstünlük verirlər. Onlar öz aralarında kimin hansı ərazilərdə fəaliyyət göstərəcəyi ilə bağlı anlaşmaya varırlar.

Hər ay milyonlarla manatın qanunsuz olaraq qəsb edildiyi bu kazinolar neçə-neçə ailənin də bədbəxt olmasına yol açıb. Bu kazinolarda bir gecənin içində hər şeyini- evini, maşınını, obyektlərini uduzanların sayı təxmin edə biləcəyinizdən də çoxdur. Araşdırmamız zamanı məlum oldu ki, təkcə son bir ayda məhz kazino oyunlarında bütün hər şeyini uduzan 4 nəfər intihar məqsədi ilə özünə qəsd edib.

KAZİNO MAFİYASI NECƏ HİMAYƏ EDİLİR?

Bizim araşdırmalarımız zamanı Bakıda 100-ə yaxın kazino olduğu və yuxarıda qeyd etdiyimiz kimi əsasən 3-4 nəfərin arasında bölündüyü ortaya çıxdı. Bu 3-4 nəfərin kimliyi haqqında hələ ətraflı danışacağıq.

“Kazino Mafiyası”nda kimlər var

İndi isə bu işin digər məqamlarına diqqət çəkək.

Necə olur ki, kazinoların fəaliyyəti qanunsuz ola-ola Bakının mərkəzində, hər kəsin gözü önündə, bir çox hallarda hətta polis məntəqələrinin düz qarşısında bu cür məntəqələr açıq-aşkar fəaliyyət göstərir? Bu obyektlərin əksəriyyəti haqqında mətbuatda dəfələrlə faktlar və araşdırmalar dərc olunub, obyektlərin ünvanı, fotoları, sahiblərinin, işlədənlərinin adları ictimailəşdirilib. Amma… bu obyektlər heç nə olmamış kimi yenə də, həm də əvvəlkindən daha arxayın fəaliyyət göstərməkdə davam edirlər. Onlarla ailənin faciəsinə səbəb olan, neçə-neçə insanı bədbəxt edən, neçə-neçə ananı gözüyaşlı qoyan bu qumarxanalar kimlər tərəfindən və hansı məqsədlə himayə edilir?

Qafqaznews.az-ın apardığı araşdırmalar zamanı məlum oldu ki, bu kazinolar bir neçə əldə cəmləşsə də himayə mexanizmi eynidir və bir çox hallarda eyni adamlara, eyni qurumlara gedib çıxır.

Kazino kralları əsasən bu qurumların “yüksək rütbəli zabitləri” ilə əlbir işləyir. Onlar isə öz növbəsində onları himayə edir. Gözlənilən reyd və əməliyyatlardan öncədən xəbərdar edir, mümkün qədər qorumağa çalışırlar. Hər hansı obyekti qorumaq mümkün olmadıqda isə, araşdırmaların dərinə getməsinin qarşısını alır, “krallar”ın təhlükəsizliyini təmin edirlər.

Mətbuatdan gələn təhlükələri də önləmək üçün də xüsusi mexanizm qurulub. Bəlli qurumdan olan himayədarlar reket mediadakı uzantılarını bu kazinolara da təhkim edib. “Kazino kralları”nın “mətbuat katib”ləri mediadakı “təmizlik əməliyyatı” üçün isə hər ay minimum 10 000 manat vəsait alırlar.

Növbəti yazımızda bu mətbuat işbazlarının kimliyi, hansı obyektdən nə qədər topladıqları, hansı qurumdan və konkret kimlərdən tapşırıqlar aldıqlarını faktlarla təqdim edəcəyik.

2KAZİNO KRALLARI KİMLƏRDİR?

Gizli kazinolar əsasən Bakı, Xırdalan və Sumqayıt ərazilərində, habelə bir çox rayonlarda fəaliyyət göstərir. Araşdırmamızın mövzusu isə hələlik yalnız Bakı və Bakı ətrafını əhatə edir.

Bakıda hər ay milyonların dövr etdiyi qumar biznesinin yetərli hissəsinə “Qara Vəzir” kimi tanınan şəxs başçılıq edir. “Qara Vəzir” əsasən metroların çıxışına yaxın yerlərdəki zirzəmiləri icarəyə götürərək orada qumarxana açır. Buna misal olaraq, Xətai rayonundakı bütün kazinoları, “Sahil”, “Nizami”, Əhmədli”, “Neftçilər” və digər metrostansiyaların ətrafındakı qanunsuz qumarxanaları göstərmək olar. Bundan əlavə “Qara Vəzir”in Xırdalanda da bir çox qanunsuz obyektləri fəaliyyət göstərir.

Qafqaznews.az-a daxil olan məlumatda “Qara Vəzir”in təkcə “Nizami” metrostansiyası qarşısında Cəfər Cabbbarlı 4 ünvanında, Əhmədlidə, “Bakı” kinoteatrının yaxınlığındakı, “Neftçilər” metrosunun yanında poçtun arxasındakı kazinolardan hər ay 200 min manat gəlir götürdüyü bildirilir. Ümumilikdə isə bu şəxsin belə kazinolarının sayı 30-dan çoxdur.

Xatırladaq ki, bir neçə il əvvəl Vəzir Qaranizadə qumar biznesi ilə məşğul olduğu üçün həbs edilsə də, bir müddət sonra azadlığa çıxdı və yenidən sevimli işinə başladı. Hazırda “Qara Vəzir” özü daha çöx kölgdə qalsa da, bu obyektlərin demək olar ki, hamısına oğlu Tofiq Qaranizadə nəzarət edir. Qeyd edək ki, Tofiq sabiq polis işçisidir.

“Kazino Mafiyası”nda kimlər var

Araşdırmalar nəticəsində həmçinin məlum olub ki, belə gizli məntəqə sahiblərindən biri də “Yeraz Ramil” və ya “Ramil dayı” ləqəbləri ilə tanınan şəxsdir. Onun şəriki isə Rüfət adlı birisidir. Məlumata görə, “Yeraz Ramil” digər bir ləqəblə də tanınır. Özünü hüquq-mühafizə orqanlarına yaxın kimi təqdim edən bu şəxs Bakıda və bölgələrdə əksər qumarxanalara himayədarlıq edir. “Yeraz Ramil”in bir müddət əvvəl “Zenit-Bet” qumar şəbəkəsi üzərində qazandığı qələbə bu şəxsi Bakının qumar kralına çevirmiş olub. O, lotoxanaların və kazinoların fəaliyyətini günbəgün genişləndirir.Foto0057

Onun obyektlərinə misal olaraq paytaxtın Hüseynbala Əliyev küçəsi, 24 ünvanda fəaliyyət göstərən “Livan şaurması” adlı kafeni göstərmək olar. Ətrafda yaşayan sakinlərin şikayətindən sonra qumarxananın fəaliyyəti bir neçə gün dondurulsa da, bir neçə gün keçəndən sonra “Livan şaurması” yenidən fəaliyyətini bərpa etdi. Elə ki, axşam düşür, kafedə qumar oyunlarına start verilir. Qumarxananı işlədən şəxslər burda idmançı görkəmində şəxslər saxlayırlar. Hansısa problem yarananda həmin idmançıların gücündən istifadə edirlər.

“Kazino kralları”na misal olaraq, daha bir neçə nəfərin də adını çəkə bilərik.

20 yanvar metrosunun yaxınlığı, Tbilisi prospektində Arzuman Muradlının idarə etdiyi qumarxana da Bakının ən iri gizli kazinolarından biridir. Buranın günlük dövriyyəsi 100 min manatdan yuxarıdır. Bu adamın şəhərin mərkəzində bir neçə restoranları da fəaliyyət göstərir. Digərləri kimi onun da xüsusi qoçu dəstələri var, borclulara zor tətbiq etməkdən, bir çox hallarda ölümlə hədələməkdən belə çəkinmir.

Nərimanov metrosunun yaxınlığında, Ağa Nemətulla küçəsində (“Oksigen” Klinikasının arxasında) Çingiz adlı şəxsin himayə etdiyi, Rəfail və Elçin adlı ata-balanın işlətdiyi kazino da əsas obyektlərdən biridir.

6-cı mikrorayonda, Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən Zakir Rüstəmova məxsus “Həyat kafesi”, Gənclik metrosunun yaxınlığında, Caspian Ticarət Mərkəzinin yanında Sərdar adlı şəxsin himayə etdiyi qumarxana da bu qəbildəndir.

Mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində fəaliyyət göstərən kazinolar isə əsasən “Qobulu Naib” ləqəbi ilə tanınan şəxsin nəzarətindədir.

Ümumiyyətlə, yuxarıda da qeyd etdiyimiz kimi, Bakıda bu obyektlərin sayı 100-ə yaxındır və əksəriyyətinin də ünvanları, sahibləri artıq bizə məlumdur. Növbəti yazılarımızda daha geniş siyahını təqdim edəcəyik.

NÖVBƏTİ YAZLARIMIZDA OXUYUN:

– Bir gecədə iki “Lexus” markalı avtomobilini uduzan iş adamı kimdir?

– 160 min uduzan oğlu intihar həddinə çatdırılan ananın fəryadı;

– Evini, bütün əmlakını uduzanların, şahidlərin izahatları;

– Gizli kazinolardan çoxsaylı video çəkilişlər;

– Kazino mafiyasının mediadakı himayədarları və onların bağlı olduğu “paqonlular” kimlərdir?

– Kazino mafiyasını MTN-in “vurulan” genaralları ilə nə bağlayır?

– Generallara ödənilən aylıq məbləğin miqdarı;

– Kazino açmaq istəyənlər kimlərin qapısını döyməlidir?

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın