Şənbə , Aprel 20 2024
Ana səhifə / Kayahan vəfat etdi – “Nə oldu, can?” – fotolar

Kayahan vəfat etdi – “Nə oldu, can?” – fotolar

Türk mədəniyyətinə ağır itki üz verib.

Musavat.com-un məlumatına görə, Türkiyənin ustad sənətkarı Kayahan vəfat edib. Kayahan müalicə gördüyü Acıbadem xəstəxanasında bu səhər vəfat edib.
Kayahanın həyatdan köçdüyü xəbərini ilk olaraq müğənni Suat Suna verib.
Azərbaycanda da çox sevilən ustad sənətkar türk musiqisinə damğasını vurmuş, mahnıları dillər əzbəri olan bir musiqiçi idi.
O, özününü yazdığı şeirlərə musiqi bəstələyir və özü ifa edirdi. Kayahanın yazdığı şeirlər onun gözəl şair, bəstələri mahir bəstəçi, ifası isə virtuoz müğənni olmasından xəbər verirdi.
Kayahan 1949-cu ildə İzmirdə anadan olub. Bir müddət idi ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Böyük sənətçinin oxuculara təqdim etdiyimiz “Nə oldu, can” adlı şarkısında belə bir misra da var: “Gün gələr, ağlarsın kabrimdə”.
Kayahan məhz bu gün Türkiyəni və  onu sevənlərə hüzn yaşatdırdı, milyonları ağlatdı.
Allah rəhmət eləsin!
 
 
 
 
 
 
 
Gülnar

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın