Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Karateçilərimiz tatamidə – Canlı yayım

Karateçilərimiz tatamidə – Canlı yayım

Bakı-2015 Avropa Oyunlarında karate idman növündə yarışlar başladı.

 

Axar.az xəbər verir ki, “Kristal Zal”da təşkil ediləcək ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunacaq.

 

Kumite

 

Kişilər

60 kq

A qrupu

Bu çəkidə tatamiyə çıxacaq Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gələcək. Onun növbəti görüşlərdə rəqibləri albaniyalı Halil Marqeşi və italiyalı Luka Mareska olacaq.

 

67 kq

A qrupu

Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verəcək. Həmyerlimizin yer aldığı qrupda Stevan Da Kosta (Fransa) və ispaniyalı Manuel Rosero Ruis də növbəti mərhələyə vəsiqə uğrunda gücünü yoxlayacaq.

 

75 kq

A qrupu

Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulacaq. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gələcək. İkinci qarşılaşmasında Erman Eltemuru (Türkiyə) sınağa çəkəcək həmyerlimiz qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirəcək.

 

Qadınlar

50 kq

A qrupu

Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. O, ilk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirəcək. Həmyerlimiz ardınca müvafiq olaraq, türkiyəli Serap Özçelik və xorvatiyalı Monika Beruleçlə üz-üzə gələcək.

 

55 kq

B qrupu

Yığmamızın üzvü İlahə Qasımov birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirəcək. İkinci görüşündə türkiyəli Tuba Yakanla qarşılaşacaq həmyerlimiz qrupda son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirəcək.

 

61 kq

B qrupu

Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edəcək. 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenard (Xorvatiya) və Merve Çobanla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək.

 

10:36

 

A qrupunda yer alan idmançımız Nuranə Əliyeva xorvatiyalı rəqibinə uduzub.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın