Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / “Karantin tez ləğv olunsa, virus yenidən sürətlə yayılacaq” – XƏBƏRDARLIQ

“Karantin tez ləğv olunsa, virus yenidən sürətlə yayılacaq” – XƏBƏRDARLIQ

“Pandemiyaya görə tətbiq olunan qadağaların əsassız ləğvi virusun yenidən başlanmasına səbəb ola bilər”.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Sakit Okeanın Qərb hövzəsi üzrə nümayəndəsi Takeşi Kasay deyib.
Onun sözlərinə görə, karantin tədbirləri öz effektivliyini göstərib və insanlar virusun vaksini tapılana qədər yeni həyat tərzlərinə öyrəşməlidir.
Takeşi Kasay virusu ləğv etmək istəyən ölkələrin diqqətli olmalarını önə çəkib. Kasayın fikrincə, heç bir ölkə virusdan sığortalanmayıb.
Hazırda dünyada koronavirusa yoluxanların sayı 2,5 milyon nəfər çatır. Almaniya, Fransa, Norveç, Çexiya və Polşa artıq karantin qaydalarının yumşaldılmasını müzakirə edir.

Həmçinin oxuyun

Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

Vətən müharibəsinin qazisi Ağayev Kamran Şakir oğlunun həyat yoldaşı 3-cü qrup gözdən əlildir. Reportyor.info xəbər …