Şənbə , İyun 6 2020
Ana səhifə / Aktual / Karantin rejimində dilənciliyə laqeyd münasibət olarmı? – Video

Karantin rejimində dilənciliyə laqeyd münasibət olarmı? – Video

Bu gün bütün dünyanın diqqəti bəşəriyyətin bəlasına çevrilmiş karona virusun həlli yollarına yönəlmişdir. Çox təəssüf ki bəşəriyyəti cənginə almış bu qorxunc bəla Azərbaycandan da yan keçmədi. Prezidenti Ilham Əliyev cənablarının göstərişi əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın qərar və tövsiyələri birmənalı olaraq icra olunur.Vətəndaşlara “evdəqal” çağırışı etməklə bu virusun daha geniş formada yayılmaması və qarşısının alınması istiqamətində məqsədyönlü işlər aparılır.

Yalnız ciddi zərurət yarandığı halda vətəndaşlar 8103 nönrəsinə SMS göndərməklə zəruri ehtiyaclarını ödəmək məqsədilə evdən çıxa bilərlər. Indi şəhər, rayon , qəsəbə və kəndlərimizdə evdən çıxan hər kəs ciddi rejimdə işləyən polis əməkdaşları tərəfindən yoxlanılır. Bu qayda avtomobillərə və piyadalara da tətbiq edilir. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, nə qədər ciddi rejim yaradılsa da, karantin rejimini pozanlara da rast gəlmək olur. Paytaxtımızın mərkəzi küçələrindən birində – “Nizami” kinoteatrının qarşısındakı yeraltı piyada keçidində dilənən yaşlı bir kişi kameramızın diqqətindən yayınmadı. Bununla əlaqədar ərazidə xidmət aparan polis əməkdaşına yaxınlaşdıq. Bizi dinlədikdən sonra polis qəribə cavab verdi. Dedi ki, yəqin icazə alıb. Cənab polis yəqin bilmir ki, 65 yaşdan yuxarı vətəndaşlara icazə verilmir və daha çox təəccüb doğuran isə odur ki, YPX işçisi dilənmək üçün xüsusi icazənin olmadığından xəbərsizdir.

İradə ŞİRİNOVA,

Azinforum.az

Həmçinin oxuyun

Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb.  Yenisabah.az “Report”a istinadən xəbər verir ki, RPŞ-nın rəisi …