Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Karantin rejimi yumşaldılacaq? – AÇIQLAMA

Karantin rejimi yumşaldılacaq? – AÇIQLAMA

İyun ayının sonundan etibarın koronavirusa yoluxanların sayında stabilləşmə, son həftələrdə azalma görünür.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, azalma məhdudiyyətlərin nəticəsində olub.

“Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tədbirlər yumşaldıqdan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, gələcək tədbirlər daha da yumşaldıla bilər. 5 avqustdan sonra Operativ Qərargahın hansı tədbirləri qəbul edəcəyini bilmirik. Lakin bu dəqiqdir ki, biz diqqət etsək, yumşalmış rejimlə daha birlikdə yaşama şansımız ola bilər”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …