Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Karantin qaydalarını pozan Milli Məclis əməkdaşı işdən çıxarıldı

Karantin qaydalarını pozan Milli Məclis əməkdaşı işdən çıxarıldı

Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi Rəmzi Şükürov işdən çıxarılıb.
Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, bununla bağlı parlamentin Aparat rəhbəri Səfa Mirzəyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, R.Şükürov Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən uzaqlaşıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …