Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Aktual / “KapitalBank” indiyə qədər gördüyüm ən fırıldaq və oğru bankdır” – Mütəxəssisdən sərt ittihamlar

“KapitalBank” indiyə qədər gördüyüm ən fırıldaq və oğru bankdır” – Mütəxəssisdən sərt ittihamlar

“Bəli, artıq çox rahat formada bildirə bilərəm ki, “Kapital Bank” indiyə qədər gördüyüm ən fırıldaq, insanların cibinə girən və oğru bankdır”. 
Mia.az xəbər verir ki, bu sərt sözləri PR və marketinq üzrə mütəxəssis Nəsimi Paşayev sosial şəbəkədəki hesabında yazıb.
O, qeyd edib ki, banka ittihamlarının səbəbi çox sadədir: “Mən iyun ayı ərzində BirKart vasitəsilə X məbləğdə pul xərcləmişəm. İstifadə etdiyim xidmətlər arasında faiz hesablanan məbləğ də var imiş, olsun. Birkartın qaydalarına görə mən iyun ayının borcunu iyul ayının 10-a kimi ödəsəm faiz hesablanmayacaq. Mən də iyul ayının 6-da X+Y məbləğ ödəmişəm. Yəni borcdan artıq. Qeyd edim ki, borc bağlanana qədər olan müddətdə, yəni iyulun 6-a kimi yenə kartdan istifadə etmişəm. 
Hansı ki, iyul ayında istifadə etdiyim vəsaiti mən avqust ayının 10-a kimi ödəməliyəm. İndi bu oğru Kapitalbank mənim iyulun 6-də ödədiyim artıq pulu iyun ayına olan faizə deyil, iyul ayında istifadə etdiyim vəsaitə çıxıb və günü bu gün də mənə faiz hesablanır. Bu qədər şərəfsizlik olmaz deməyin. Olurmuş”.
N.Paşayev bildirib ki, artıq BirKart-dan imtina edib.

Xatırladaq ki, N.Paşayev adıçəkilən bankla bağlı dünən də açıqlama yaymışdı. Həmin açıqlama Mia.az-da yayımlanıb.
Həmin açıqlamada bildirmişdi ki, bir neçə aydır “BirKart” istifadə edir: “Borcumu ödəyəndə, gördüm karta əksik oturub. İstədim səbəbini soruşam, peşman oldum. Messencerə yazdım, çata yazdım. Yenə çata cavab verib, sual-sual oynadıq. Yəni niyəsini demədilər. Messencerdə oturanlar isə biabırçıdılar”.
Nəsimi Paşayevin sözlərinə görə, 4 iyulda yazdığım suala 8 iyulda, eyni gün yazdığım suala isə 16 iyulda cavab verilib: “O da cavab deyil. Həm də axşam saat 20:24-də. Çalışacam bir günümü də filialda keçirim. Çünki o qədər sıra olur ki, bir günə ancaq cavab ala bilirsən”.
Məsələ ilə bağlı açıqlama verən “Kapitalbank”dan baş verənlərə təəssüfləndikləri bildirilib. Qeyd olunub ki, müvafiq tədbir görüləcək.

Həmçinin oxuyun

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban …