Cümə , Aprel 26 2024
Ana səhifə / Kamil Zeynallı: “Səhv etmişəm, amma üzr istəməyəcəyəm” – QALMAQAL, FOTOLAR

Kamil Zeynallı: “Səhv etmişəm, amma üzr istəməyəcəyəm” – QALMAQAL, FOTOLAR

İdmançı Kamil Zeynallı jurnalist Əfruzə Ağayeva ilə yaşadığı qalmaqaldan danışıb.

Musavat.com saytına açıqlama verən K.Zeynallı məhkəmənin olacağı günü səbirsizliklə gözlədiyini deyib: “Məhkəmənin olmasını çox istəyirəm. Proses yaxın günlərdə reallaşmalıdır. Onlar gözləyir ki, mən üzr istəyəcəyəm, amma bu, olmayacaq. Səhv etmişəm, amma üzr istəməyəcəyəm. Məhkəmə olmağını ona görə istəyirəm ki, “demişəm, söymüşəm, əcəb eləmişəm” deyim”.

– Belə başa düşdük ki, təzminatın məbləği sizin üçün önəmli deyil?

– Məbləğindən asılı olmayaraq mən təzminatı ödəməyə hazıram. Övladıma gələn qada-bəla o pulla getsin. Heç bir güzəşt olmayacaq. Çünki mən ona Samiraldo söhbətində güzəştə getdim. O isə Zoriklə şəklimi yaydı. Yazdı ki, cinsi azlıqlara qarşıdır, amma Zoriklə foto çəkdirir. O zaman Zorik 70 kilo arıqlamışdı. Mən də insanları ruhlandırmaq üçün o fotonu paylaşdım. Zorikin arıqlamağı yüzlərlə insanın bizə müraciət etməsinə səbəb oldu. Mənim məqsədim başqa idi, o isə məsələni başqa yönə çəkdi. Bu dəfə o xanıma güzəştə getməyəcəyəm.

– Sözügedən qalmaqaldan sonra “İnstagram” səhifəniz bağlandı. Deyildi ki, yazdığınız təhqirlərə və edilən şikayətlərə görə səhifənizi bağlayıblar…

– Mən əsəbi insanam. “İnstagram” hesabımı heç kim bağlamayıb. Özüm bağladım ki, əsəblərim sakitləşsin. Açıq qalsaydı, yenə əsəbləşib kimisə söyəcəkdim. Hazırda vaxtımı qızıma, ailəmə, dostlarıma sərf edirəm. Mənə belə rahatdır. Bu yaxında yenidən səhifəmi aktiv edəcəyəm.

– Həyat yoldaşınız Gülayın yaşanan qalmaqala münasibəti necədir?

– İnanın ki, məni sakitləşdirən odur. Gülay olmasa, mən daha başqa-başqa işlər görə bilərdim. Səbirsiz olduğum üçün çox işlər başıma gələrdi.

– Son qalmaqalınızdan sonra ATV-də yayımlanan “Kişi sözü” verilişinizin bağlandığı haqda da xəbərlər yayıldı…

– O qalmaqaldan sonra çox söz-söhbət oldu. Bəzi saytlar yazdı ki, guya, hava limanında “qara siyahı”ya salınmışam. Bu, yalandır. Rahat istədiyim yerə gedib-gəlirəm. Proqramım da bağlanmayıb. Yeni formatda təqdim olunacaq.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın