Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA

Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən gün idmançı Kamil Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub. Karantin rejimi qaydalarına görə bəzi rayonlara gediş-gəliş bərpa edilsə də, Bakı, Gəncə və Lənkəran şəhərləri və Abşeron rayonundan digər rayonlara olan gediş-gəliş qadağası mayın 31-dək qüvvədə qalır. Baki sakini olan Kamil Zeynallı da imkansız ailələrə maddi yardım aparmaq məqsədi ilə əvvəl Ucara, daha sonra isə Füzuli rayonuna gedib. Bu zaman isə ağıllara bir sual gəlir. Bakı sakini olan vətəndaş rayonlara hansı yolla gedib?  
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında Kamilin hazırkı, karantin rejimi qaydalarına görə həbs edildiyini bildirdi.
İdmançının Fizuli və Ucara hansı yolla getməsi ilə bağlı sualımıza isə Ehsan Zahidov eyni cavabı verdi.

Həmçinin oxuyun

Nazirdən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı – Açıqlama

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin …