Şənbə , Avqust 24 2019
Ana səhifə / Kamil Samiraldonun nəslini, kökünü söyüb, təhqir edib – Qalmaqal

Kamil Samiraldonun nəslini, kökünü söyüb, təhqir edib – Qalmaqal

Dünən restoran açılışlarından birində stilist Samiraldo və idmançı Kamil Zeynallı iştirak edib.

Azinforum.az big.az-a istinadən xəbər verir ki, məclisə daxil olan Samiraldo idmançının hədəfinə tuş gəlib.

Mikrofonu əlinə alan idmançı stilistin nəslini, kökünü söyüb, təhqir edib. Bununla kifayətlənməyən Kamil stilistə meyvə atmağa başlayıb. K.Zeynallı bildirib ki, onun olduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri səsləndirən idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib.

Sayt məsələni dəqiqləşdirmək üçün Samiraldo ilə əlaqə saxlayıb. Stilist xəbəri inkar etməyib. Samiraldo hələ də şokda olduğundan məsələ barədə danışmaq istəməyib. O, tezliklə açıqlama verəcəyini bildirib.
Kamil Samiraldonun nəslini, kökünü söyüb, təhqir edib

Həmçinin oxuyun

Polis “Bibixanım”ı tutdu – Foto

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə …

Bir cavab yazın