Ana səhifə / Aktual / Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır

Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır

Azərbaycan Dillər Universitetinin qalmaqalla işdən çıxarılan dekanı Vüsalə Ağabəyli ali məktəbin rektoru, akademik Kamal Abdullanı Məhkəməyə verib.

BakuPost xəbər verir ki, keçmiş dekanın iddiası əsasında Nəsimi Rayon Məhkəməsində dünən iclas keçirilib.Hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə Kamal Abdullanın vəkili Azad Məmmədov prosesin Nərimanov Rayon Məhkəməsinə keçirilməsi üçün vəsatət qaldırıb, lakin vəsatət qəbul olunmayıb. Məhkəmə 20 sentyabr 2019-cu il tarixinədək təxirə salınıb.

Prosesdən sonra sabiq dekan jurnalistlərə açıqlamasında bildirib ki, Kamal Abdulla məsuliyyəti ö üzərindən atmaq üçün cavabdeh qismində Təhsil Nazirliyini göstərir: “Əgər Kamal Abdulla cavabdeh şəxs qismində Təhsil Nazirliyini görmək istəyirsə, belə çıxır ki, 70 ç maddəsi ilə verdiyi xitam əmrində, töhmət əmrlərində, maaşımın kəsilməsində və s. indiyə qədər mənə etdiyi təzyiqlərdə Təhsil Nazirliyini özü ilə ortaq və günahkar hesab edir. Belədirsə, buyursun, Ceyhun Bayramov rektor Kamal Abdullaya və ali təhsil ocağında bizim başımıza gətirilənlərə gecikmiş münasibətini bildirsin.

Kamal Abdulla məhkəməyə verildi

Mən Ceyhun Bayramova müraciət edəndə hələ dekan idim, Parvin Mursalova müraciət edəndə hələ müəllim idi, müraciətdən sonra işdən çıxarıldıq. Kamal Abdullanın bu gün məhkəmədə qaldırdığı vəsatət və cavabdeh şəxs olaraq, işi Təhsil Nazirliyinə yönəltməsi, ancaq və ancaq bu anlama gəlir ki, bizim işdən çıxarılmağımızda Ceyhun Bayramovun rolu var. Necə olur ki, 80-ə yaxın kəsirli tələbəyə diplom verir, ölü canları saxlayır, elm adamlarını təzyiq altına salır, onu 70 ç maddəsi çıxarmırlar, amma bir dostunun qızının dərsini aşağı balla qiymətləndirdiyim üçün məni 70 ç maddəsi ilə çıxarır?! Təhsil Nazirliyi öz vəzifə borcunu yerinə yetirsin, əgər Kamal Abdullaya qarşı söz deməyə, real faktlara uyğun araşdırma aparmağa cəsarətləri çatmırsa, onda ləğv olunsun həmin strukturlar.

Əgər konstitusiyanın, əmək məcəlləsinin müvafiq maddələrinə, təhsil haqqında əsasnamələrə uyğun davranmırsa Kamal Abdulla, onda bu konstitusiya, əmək məcəlləsi yalnız mənimkimilər üçündür? Kim verəcək bizim haqqımızı, kim müdafiə edəcək bizi? Niyə göz yumulur rəsmi orqanlarda? Nəyi gözləyirsiniz?”

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …