Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Aktual / “Kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir” – RƏY

“Kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir” – RƏY

“Həmişə olduğu kimi, Azərbaycan Ordusunun rəhbərliyində həyata keçirilən kadr dəyişiklikləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bəzi kadrların uğursuz təyinat olduğunu deyənlərə gəlincə, kimsənin kimisə bəyənməməyi o demək deyil ki, həmin şəxs peşəkar deyil. Belə ciddi məsələləri, ümumiyyətlə, sosial şəbəkələrdə müzakirəyə çıxarmaq lazım deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat xatırladıb ki, ötən gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Müdafiə Nazirliyi strukturunda kadr dəyişiklikləri baş tutub: “Bir sıra vacib şəxslər müxtəlif vəzifələrə təyin edildi. Cənab Prezident 44 günlük Vətən müharibəsində peşəkarlıqları ilə seçilənləri təyin etdi”.

C.Osmanov bildirib ki, Müdafiə Nazirliyinin kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir: “Əlbəttə ki, kadr dəyişikliyi Ali Baş Komandan cənab İlham Əliyevin səlahiyyətində olan məsələdir. Peşəkarlıq və sədaqətliliyi ilə seçilən yeni kadrlara işlərində uğurlar arzulayıram”.

Həmçinin oxuyun

“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” – Bakı Avropa Liseyində BİABIRÇILIQ

Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 …