Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Kərəm Həsənovun qurumu müğənniyə cavab verdi: “İzah etdik, amma bizi məhkəməyə verdi”

Kərəm Həsənovun qurumu müğənniyə cavab verdi: “İzah etdik, amma bizi məhkəməyə verdi”

Tanınmış müğənni Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəmə verib.

Məhkəməyə müraciət edən müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov açıqlamasında məsələyə aydınlıq gətirib:

“Könül Kərimova may ayında bələdiyyə tərəfindən aldığı əlavə torpaq sahəsinin ayrılması ilə bağlı Əmlak Komitəsinə müraciət etmişdi. Lakin araşdırma zamanı məlum olub ki, həmin torpaq sahəsi bələdiyyə torpağı deyil və Bağlar İdarəsinə aiddir. Bələdiyyənin bu torpaq sahəsinə görə sənəd verməyə heç bir hüququ yoxdur.
Bu haqda rəsmi qaydada Könül Kərimovaya müvafiq cavab verilib və məsələ izah edilib. Buna baxmayaraq Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verib”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …