Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Kəmaləddin Qafarova məxsus şirkətin təsisçisi sabiq nazir olub — FOTOLAR

Kəmaləddin Qafarova məxsus şirkətin təsisçisi sabiq nazir olub — FOTOLAR

“Keçmiş xarici işlər naziri, “Azərbaycan Landromatının” “qaynadıldığı” dövrdə Estoniyada ölkəmizi fövqəladə və səlahiyyətli səfir qismində (2007-2015-ci illər) təmsil etmiş Tofiq Zülfüqarov məşhur “Zəfəran” apteklərinin sahibi olan “Shafran” MMC-nin (VÖEN 1301829671) əsasını qoyan yeganə təsisçi imiş”.

Bunu araşdırmaçı jurnalist Hafiz Babalı yazıb. O bildirib ki, şirkət 2008-ci ildə cənab səfir Tallinndə ikən yaradılıb və onun ilk direktoru da T. Zülfüqarov özü olub. 

Onun sözlərnə görə, 2018-ci ilin dekabrında “Şhafran” MMC deputat, Milli Onkologiya Mərkəzinin direktoru Kamaləddin Qafarova aid olduğu bildirilən “Azeri Med” MMC-yə qoşulmaqla ləğv edildiyini elan edib. “Şirkətin tərkibinə Bakıdakı Zəfəran Hospital və ölkənin ən iri aptek şəbəkələrindən biri daxildir. “Shafran” MMC 2017-2018-ci illərdə DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuların tibbi müayinəsinin aparılması işləri üzrə iki müsabiqədə qalib gəlib”, – o bildirib. Jurnalist qeyd edib ki, sonuncu dəfə “Shafran” MMC-nin reyestr məlumatlarına 2017-ci ilin mayında dəyişiklik edilib: “T. Zülfüqarovun şirkəti nə zaman tərk etdiyi, onun inkişafına sərmayə yatırımında iştirak edib-etməməsi barədə məlumatlar şirkətin maliyyə hesabatını açıqlamaması səbəbindən ictimaiyyətə məlum deyil”. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …