Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Kəmaləddin Heydərov Şamaxıda – Fotolar

Kəmaləddin Heydərov Şamaxıda – Fotolar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib.

” Azinforum.az ” xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, zəlzələ ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: “Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb”.

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Şamaxıda baş vermiş zəlzələ haqqında  açıqlama verib.

O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hazırda Şamaxıdadır: “Burada sakitlikdir. Hazırda zəif təkanlar müşahidə olunur. Ancaq bu qorxulu deyil”.

***

“Qafqazinfo”nun əməkdaşının verdiyi məlumata görə, nazir Kəmaləddin Heydərovla icra başçısı Tahir Məmmədov hadisə nəticəsində zərər görmüş evlərə baş çəkiblər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …