Cümə , Aprel 19 2024
Ana səhifə / Kəlbəcərli girovların ailələri aksiya keçirəcək

Kəlbəcərli girovların ailələri aksiya keçirəcək

Erməni separatçılarının Kəlbəcərdə girov götürdükləri Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələri Gəncədə aksiya keçirəcəklər. 
Bu barədə AzVision.az-a girovların yaxınları məlumat verib. Bildirilib ki, aksiya aprelin 2-də Kəlbəcərin işğal günü keçiriləcək: 
“Aksiyada Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını tələb edəcəyik. Ermənilər artıq bu iyrənc əməllərinə son qoymalıdırlar”.
Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Qondarma Dağlıq Qarabağ Respublikasında qurulan “məhkəmə”də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın