Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Kəlbəcərdən olan Salahovlara ağır itki

Kəlbəcərdən olan Salahovlara ağır itki


26 Aprel 2019-cu il tarixində Kəlbəcər rayonunun tanınmış ağsaqqallarından olan Salahov Azad Ədil oğlu dünyasını dəyişib.

Salahov Azad Ədil oğlu 1934-cü ildə Kəlbəcər rayonunun Əsrik kəndində anadan olub.

1950-1954-cü illərdə Kominist kolxozunda mühasib və sədr vəzifəsində işləyib.

1954-1960-ci illərdə “Karl Marks” adına kolxozda ( Əsrik, Qalaboyun, Alırzalar, Qaraxançallı, Zərqulu, Bəylik və Çobangərəkməz kimi kəndləri əhatə edən kolxoz) sədr vəzifəsində işləyib.

1960-1971-ci illərdə Əsrik kənd sovetinə sədr təyin olunub.

1971-1988-ci illərdə yenidən “Karl Marks” adına kolxozda sədr vəzifəsində işləyib.

1988-1992-ci illərə Kəlbəcər rayonunun Arıçılıq sovxozunda direktor vəzifəsində çalışıb.

1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşüb Bakı şəhəri Binə qəsəbəsi südçülük sovxozunda məskunlaşıb.

Yaşadığı və işlədiyi müddətdə həm Kəlbəcər rayonunda, həm də Xəzər rayonunda bir çox xeyirxah və vacib işlərdə müstəsna rolu olub. Belə ki, Kəlbəcərdə ucqar kənd yollarının çəkilməsində, təhsil ocaqlarının abadlaşdırılmasında böyük zəhməti olub. Eləcə də, Binə qəsəbəsində Milli Məclisin deputatı Cavid Qurbanovun dəstəyi ilə 37 saylı Kəlbəcər rayonun tam orta məktəbin açılmasına nail olub (hansıki,hal-hazırda 54 nəfər müəllim heyyəti çalışır və 781 şagird təhsil alır).Qəsəbənin bir hissəsinə elektrik xətti, qaz və yol çəkilməsində böyük təşəbbüs göstərib . 2 ədəd kanalüstü körpü inşaa etdirib. Əhalini içtimai nəqiliyyatla təmin edilməsinə nail olub. ”Ağsaqqallar Şurası”-nın üzvi olaraq əhalinin dövlət tədbirlərində fəal iştirakı üçün təşkilatçılıq edib.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …