Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Kəlbəcərdə bədbəxt hadisə – AXCP üzvü öldü

Kəlbəcərdə bədbəxt hadisə – AXCP üzvü öldü

Kəlbəcər rayonunda traktor aşıb.

“-Azinforum.az” xəbər verir ki, hadisə noyabrın 18-də qeydə alınıb. Rayonun Bağlıpəyə kəndi ərazisində aparılan tikinti işlərinə cəlb olunmuş 1972-ci il təvəllüdlü Fariz Tağıyevin idarə etdiyi frontal yükləyici “ZL 50” markalı traktor aşıb. Ağır xəsarətlər alan sürücü F.Tağıyev hadisə yerində vəfat edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, F.Tağıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron Rayon Şöbəsinin üzvü olub.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …