Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Kəlbəcər və Qubadlıya hərbi prokurorlar təyin edildi

Kəlbəcər və Qubadlıya hərbi prokurorlar təyin edildi

Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib. 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …