Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Kəlbəcərə ermənilər köçürülür – SOS!

Kəlbəcərə ermənilər köçürülür – SOS!

Qarabağ separatçılarının “dövlət naziri” Qriqori Martirosyan martın 16-da Livana gedib.

Axar.az xəbər verir ki, onun səfəri martın 18-nə qədər davam edib. Onunla Livana gedən heyətin tərkibində qondarma rejimdə yaradılmış Şaumyan rayonunun (Kəlbəcər rayonu və Goranboy rayonunun bir qismini öz tərkibində cəmlədiyi iddia olunur – red.) administrasiyasının rəhbəri Qagik Martirosyan da yer alıb.

Qriqori Martirosyan Livanda Ermənistanın bu ölkədəki səfiri Vaaqn Atabəyyan, ARİ Fondunun nümayəndəsi Benyamin Bıçaqçıyan, qondarma rejimin Yaxın Şərq üzrə “daimi nümayəndəsi” Karo Kababçıyanla görüşüb. Bundan başqa o, Ramkavar Azatakan Partiyası, Hnçaq Partiyası, Daşnaksütyun Partiyasının nümayəndələri ilə də görüş keçirib.

Martirosyan ARİ Fondunun nümayəndələri ilə görüşü zamanı Kaşataq rayonunda (qondarma rejim Qubadlı, Zəngilan, Laçın və Cəbrayılın qərb hissəsinin birləşdirilməsindən “yaradılıb” – red.) yaşayış obyektlərinin tikintisinin davam etdirilməsini və Kəlbəcərdə analoji proqramın icrası üçün danışıqların baş çatdırılıb, müqavilə imzalanması müzakirə olunub.

Martirosyan Beyrutla bərabər Zaxla şəhərində də olub. Burada Böyük Kilikiya Evi Katolikosluğunun nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, son dövrlərdə ermənilər Qarabağda Suriyadan gələn ermənilərin yerləşdirilməsi prosesini intensivləşdiriblər.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …