Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Kərimli icra başçısının birinci müavini təyin edildi – YENİ TƏYİNATLAR

Kərimli icra başçısının birinci müavini təyin edildi – YENİ TƏYİNATLAR

Ağsu rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

Unikal.org trend-ə istinadən xəbər verir ki, Kərimli Füzuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Orucov Mirqubat Oruc oğlu isə İcra Hakimiyyəti başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin ediliblər.

Xatırladaq ki, bu vəzifəyə qədər Füzuli Kərimov İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Mirqubat Orcov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Bir müddət əvvəl Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov səhhəti ilə əlaqədar, digər müavin İqbal Mikayılov isə öz xahişi ilə vəzifələrindən azad edilmişdi.

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …